05 Fevral 2025
Kateqoriyasız

“Qəbələ”də daha bir qapıçı

“Qəbələ”nin əvəzedici heyətinin qapıçısı Murad Popov əsas komandaya dəvət alıb.

İdmanxeber.com “Qəbələ İK” qəzetinə istinadən xəbər verir ki, 17 yaşlı qolkiper FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdən sonra birbaşa Antalyaya – əsas komandanın düşərgəsinə yollanıb.

Murad yanvarın 2-dən Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən həmin beynəlxalq turnirdə U-17 yığmamızın əsas qapıçısı kimi çıxış edirdi. O, yanvarın 13-də başa çatan yarışdan sonra “Qəbələ”nin Türkiyədəki təlim-məşq toplanışına qatılıb. Bununla da əsas komanda ilə hazırlıq keçən qapıçıların sayı 4-ə çatıb. Popov ukraynalı Dmitri Bezotosnı, polşalı David Pietrzkieviç və millimizə cəlb olunmuş Andrey Popoviçlə birgə çalışacaq.

Xatırladaq ki, Murad ötən mövsümdən “Qəbələ”nin şərəfini qoruyur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43