“Barselona”nın baş məşqçisi Luis Enrike Messinin sağlıq durumu ilə haqda danışıb.
İdmanxeber.com-un məlumatına görə, “Marca” nəşri yazır ki, argentinalı futbolçu zədəli deyil.
Onun İspaniya Kunoku 1/4 finalında “Atletik”ə qarşı oynayacağı bəlli deyil. Təcrübəli mütəxəssis:
“Messini də digər futbolçular kimi riskə ata bilmərəm. Onun zədəsi, demək olar ki, yoxdu. Lakin güman edilir ki, “Atletik”ə qarşı oynamayacaq. Son qərarı sabah səhər verəcəyik”, – fikirlərini səsləndirib.