05 Fevral 2025
Kateqoriyasız

Cüdo üzrə Bakı birinciliyinə yekun vurulub

Gənclər arasında cüdo üzrə açıq Bakı birinciliyinə yekun vurulub. Şağan Olimpiya İdman Kompleksində keçirilən yarışda paytaxt və bölgələrdən 200-ə yaxın idmançı mübarizə aparıb. Bakı birinciliyinin ikinci – sonuncu günündə oğlanlar arasında 73, 81, 90, 100 və +100 kq çəki dərəcələrində çıxış edən cüdoçular yarışıb.

İdmanxeber.com-un məlumatına görə, gərgin və maraqlı mübarizə şəraitində keçən paytaxt yarışında Çingiz Əhmədov (73 kq), Coşqun Abdullayev (81 kq), Aslan Mirzəyev (90 kq), Famil Quluzadə (100 kq) və Məhəmmədəli Babayev (+100 kq) bütün qarşılaşmalardan qalib ayrılaraq çempion olublar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43