06 Fevral 2025
Kateqoriyasız

“Beşiktaş” erməni futbolçunu transfer etdi!

“Beşiktaş” qış transfer pəncərəsində 3-cü transferini reallaşdırdı.

İdmanxeber.com-un məlumatına görə, İstanbul nəhəngi Ermənistan yığmasında forma geyinən Aras Özbilizi transfer edib.

Moskva “Spartak”ından türk klubuna gələn futbolçu ilə 4.5 illik müqavilə imzalanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43