Antalyada təlim-məşq toplanışında olan Bakı “İnter”i sabah son yoxlama matçına çıxacaq.
İdmanxeber.com-un məlumatına görə, Zaur Svanadzenin komandası Qazaxıstanın “Atırau” klubu ilə qarşılaşacaq.
Keçirdiyi hər üç görüşdən məğlub ayrılan “İnter” son matçında qalib ayrılmağa çalışacaq. Oyun Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Qeyd edək ki, “İnter” Antalyada keçirdiyi hər üç yoxlama görüşündə uduzub. “Verder”in əvəzedici və əsas komandasına 0:1 hesabı ilə uduzan “bankirlər” daha sonra Slovakiyanın “Slovan” klubuna məğlub olub – 0:2.
23 yanvar
Yoxlama oyunu
15:00. “İnter” (Azərbaycan) – “Atırau” (Qazaxıstan)