“Qəbələ”nin futbolçusu Rəşad Sadiqov Ukraynanın “Dnepr” klubu ilə matçda zədələnib.
İdmanxeber.com-un məlumatına görə, futbolçu qarşılaşmanın 43-cü dəqiqəsində rəqib qapıçı ilə dueldə yerə sərilib.
Həkimlərin müdaxiləsinə baxmayaraq, o, oyuna davam edə bilməyib. Sadiqovun son durumuna bu gün tibbi müayindən keçdikdən sonra aydınlıq gələcək