“Xəzər Lənkəran”ın sabiq üzvü Rasim Ramaldanovun yeni klubu bəlli olub.
İdmanxeber.com-un məlumatına görə, millimizin də şərəfini qorumuş müdafiəçi karyerasını “Sumqayıt”da davam etdirəcək.
Təcrübəli futbolçu artıq “gənclik şəhəri” təmsilçisi ilə razılığa gəlib.
Qeyd edək ki, “Sumayıt” buna qədər Kənan Manafov, Vaqif Cavadov, Eltun Yaqublu, Səlahət Ağayev və Nicat Muxtarovla müqavilə imzalayıb.