Türkiyə Futbol Federasiyası (TFF) Super Liqasının son iki turu ərzində təxirə salınmış oyunlarla bağlı qərarını açıqlayıb.
İdmanxeber.com-un məlumatına görə, TFF rəsmi saytı vasitəsi ilə yaydığı bəyanatda 18-cu tur çərçivəsində əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq matçın 5-ci dəqiqəsindən təxirə salınmış “Beşiktaş” – “Mersin İdman Yurdu” matçı fevralın 17-də baş tutacaq. Qarşılaşmanın startı yenidən veriləcək.
19-cu turda eyni səbəblə ümumiyətlə baş tutmayan “Trabzonspor” – “Beşiktaş” görüşü isə martın 15-də keçiriləcək.