“Barselona”nın
baş məşqçisi Luis Enrike İspaniya kubokunun yarımfinal mərhələsinin cavab
görüşləri çərçivəsində baş tutan “Atletik”lə oyundan sonra maraqlı açıqlama
verib.
İdmanxeber.com-un
məlumatına görə, kataloniya klubunun çalışdırıcısı transfer pəncərəsinin son
günlərində komandanın düşərgəsinə yeni oyunçunun qoşula biləcəyini söyləyib:
“Ola
bilsin ki, bazar ertəsinə qədər bir futbolçunu transfer edək. Bu, klub
prezidenti tərəfindən mənə yeni il hədiyyəsi olardı. Ağılı uşaq olub-olmadığımı
bilmirəm, amma məqsədim qələbə qazanmağa davam etməkdi”.
İspaniya
mətbuatında yayılan xəbərlərə görə, Enrike “Selta”nın hücumçusu Nolitonu və “Vilyarreal”ın
yarımmüdafiəçisi Denis Suareslə yaxından maraqlanır.