“Xəzər Lənkəran”ın “Rəvan”dan heyətinə qatmağa çalışdığı Tural Qürbətovun keçidi biraz gec reallaşacaq.
İdmanxeber.com-un əldə etdiyi məlumata görə, futbolçu sənədlərini sabiq klubundan ala bilmir. Səbəb isə “Rəvan”ın mövsümün ikinci yarısının ilk matçında “Xəzər Lənkəran”la qarşılaşmasıdı. Məhz buna görə də, paytaxt klubu hücumçu problemi olan cənub təmsilçisini ən azı 1 həftə həsrətdə saxlamağı düşünür.
Forvard sənədini “Xəzər Lənkəran”la matçdan sonra “Rəvan”dan ala biləcək. Məhz bundna sonra T.Qürbətovun yeni klubunda debütü baş tutacaq.
Qeyd edək ki, “Rəvan”dan ayrılaraq XL-ə üz tutan digər futbolçu Vüqar Bəybalayevin keçidində isə heç bir problem qalmayıb.