"Xəzər Lənkaran"dan ayrılan futbolçu Elşən Rzazadənin yeni klubu bəlli olub.
İdmanxeber.com-un məlumatına görə, yarımmüdafiəçi "Xəzər Lənkəran"ın əzəli rəqibi "Neftçi"yə keçib.
Azərbaycan millisinində şərəfini qoruyan futbolçu növbəti 1 il 6 ay müddətində paytaxt klubunun formasını geyinəcək.
Qeyd edək ki, Elşən Rzazadə bunadək “Bakı” və “Xəzər Lənkəran” klublarında çıxış edib. 22 yaşlı futbolçu milli komandamızın Moldova yığması ilə son oyununda meydana çıxıb.