26 Dekabr 2024
Kateqoriyasız

Keçmiş “Qəbələ”li futbolçu Liqa-1-də

“Qəbələ”nin sabiq futbolçusu Andrei Kristea Rumıniyaya qayıdıb. 

İdmanxeber.com-un məlumatına görə, 32 yaşlı hücumameyilli yarımmüdafiəçi Liqa-1 təmsilçisi “Munisipial”la anlaşıb.

Tərəflər arasında 1 il 6 aylıq müqavilə imzalanıb. “Munisipial” yeni futbolçusunu artıq ictimaiyyətə təqdim edib.

“Qəbələ”dən ayrıldıqdan sonra bir müddət İtaliyanın aşağı liqasında çıxış edən Kristeanın ordakı karyerası uğurlu alınmayıb. Bu səbəbdən təcrübəli futbolçu ölkəsinə qayıtmağa qərar verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43