Azərbaycan Premyer Liqasının 2-ci dövrəsində adından söz etdirməyi bacaran “Sumqayıt”ın hücumçusu Amil Yunanova Serbiyanın “Radniçki” klubun maraq göstərməsi faktı təsdiqini tapmayıb.
İdmanxeber.com-un məlumatına görə, forvard sportal.az-a açıqlamasında serblərin rəsmi təkliflə çıxış etdiklərini bildirsə də, “Radniçki”nin idman direktoru Marko Yovanoviç bunu təkzib edib.
Saytımıza danışan klub rəsmisi Yunanovu tanımadıqlarını bildirib: “Belə bir futbolçuyla heç vaxt maraqlanmamışıq. Transfer siyahımızda da belə bir ad heç vaxt olmayıb”.
Qeyd edək ki, aktivində 32 xal olan “Radniçki” davam edən Serbiya çempionatında 22 turdan sonra turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.