“Yuventus”un
baş məşqçisi Massimilyano Alleqri mövsümündən sonunda postundan ayrıla bilər.
İdmanxeber.com-un
məlumatına görə, bu barədə İtaliya mətbuatı xəbər yayıb. Həmkarlarımızın
iddiasına görə, Alleqri “Çelsi”dən gələn təklifi müsbət cavablandırıb. Mütəxəssisin
4 illik müqaviləyə qol çəkəcəyi gözlənilir.
Qeyd edək
ki, 2014-cü ildən “Qoca sinyora”nın baş məşqçisi təyin edilən 48 yaşlı çalışdırıcının
rəhbərliyi altında komanda İtaliya A seriyasının, ölkə kubokunun, Superkubokunun
qalibi olmaqla yanaşı, Çempionlar Liqasının finalçısı olub.