Premyer Liqanın XXI turu çərçivəsində “Qarabağ”la qarşılaşacaq “Kəpəz” sözügedən qarşılaşmaya ciddi itki ilə çıxacaq.
İdmanxeber.com-un məlumatına görə, Gəncə təmsilçisi yarımmüdafiəçisi Budaq Nəsirovun xidmətindən istifadə edə bilməyəcək. Futbolçu AZAL-la qarşılaşmada sarı vərəqə alaq cəzalı duruma düşüb.
Qeyd edək ki, “Kəpəz” – “Qarabağ” matçı fevralın 14-də keçiriləcək.