“Qarabağ”ın yeni transfer Rahid Əmirquliyev Premyer Liqanın XXI turunda komandasına kömək edə biləcək.
İdmanxeber.com-un məlumatına görə, millimizin də şərəfini qoruyan yarımmüdafiəçi “Kəpəz”lə matçda Ağdam klubunda debüt edəcək.
Futbolçu syatımıza açıqlamasında bunları deyib:
“Bu gün komandayla məşqlərə başlayıram. İnşAllah “Kəpəz”lə oyuna kimi tam hazır olacam və yeni komandamla ilk rəsmi matçda debüt edə biləcəm”.