Uzun zamandır Tayvandan olan iş adamı Bee ilə danışıqlar aparan, amma heç bir nəticə əldə edə bilməyən İtaliyanın “Milan” klubuna yeni müştəri çıxıb.
İdmanxeber.com-un məlumatına görə, son zamanlar futbolda aktivliyi ilə seçilən çinlilər indi də İtalyan nəhənginin səhimlərinin 99%-nə sahib olmaq istəyir. Bunun üçün asiyalılar “Milan”a 600 milyon avro təklif edib.
Çin hökumətinin dəstəklədiyi sahibkarlar “Milan”ın hazırkı sahibi Berluskonidən cavab gözləyir. Son məlumatlara görə, keçmiş baş nazir isə klubu stamaq istəmədiyini bildirib. Buna görə də Berluskoniyə ətrafdan təziqlər olunur.
Qeyd edək ki, “Milan” hazırda A seriyasında 40 xalla 6-cı yerdədi.