25 Dekabr 2024
Dünyadan

Almaniyanı silkələyən hadisə: Futbolçular iş başında yaxalandılar

Almaniya Bundesliqasında mübarizə aparan “Hannover-96” klubunun 19 yaşlılardna ibarət komandası aralarında türk futbolçu da olan 3 oyunçusunu heyətdən kənarlaşdırıb.

İdmanxeber.com-un Alnamiyanın “Bild” qəzetinə istinadən verdiyi məlumata görə, buna səbəb futbolçuların qumarxana soymaq planlarının üstünün açılmasıdır.

Qəzetdə dərc olunan məlumatda qeyd olunur ki, türk əsilli futbolçu Ernis iki komanda yoldaşı ilə birlikdə Hannoverin Lauenau qəsəbəsində bir qumarxananı soymağı planlaşdırıblar. Onlar içlərində birinin atasına məxsus avtomobilə saxta avtomobil nişanı taxıb və özləri üçün silah da əldə ediblər. Lakin sonradan gənc futbolçular fikirlərindən yayınsalar da, saxta avtomobil nişanı ilə alman polisinə yaxalanıb və əməllərinin üstü açılıb.

Polis bölməsində  ifadə verən futbolçular qurduqları planı etiraf edib və barələrində cinayət işi açılıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43