23 Dekabr 2024
Müsahibə

Fine de Arauyo: “O gecə Qustavonun gecəsi idi” (MÜSAHİBƏ)

Futzal üzrə milli komandamız AÇ-2016-da mübarizəni dayandırıb. Millimizin üzvü Fine de Arauyo Rusiya məğlubiyyətini İdmanxeber.com-a belə şərh edib:

 – İlk öncə oyun haqda danışardın?

 – Yaxşı oynadıq. Lakin əlimizdə düşən qol imkanlarından maksimum yararlana bilmədik. Əvəzində rəqib əlinə düşən şanslardan maksimum istifadə etdi. Xüsusən də qapıçıları Qustavo. Bu gecə onun gecəsi idi.

– Yaxşı nəticə qazanmaq üçün nə çatmadı?

Biz yaxşı çıxış etdik. Şanslar 50-50-yə idi. Nəticə qazana bilmədiyimizə görə təəssüflənirik. Səbəbini dmeək isə çətindi.

– Bəxt amili necə?

Hesabda geri olduqda şanslarımız oldu təəssüf ki, onlardan yararlana bilmədik. İki topumuz dirəkdən döndü, yoxsa hesab 4:4 olacaqdı. Bizim üçün uğursuz gecə idi. Rusiya millisi yaxşı müdafiə olunurdu. 

– Meydanda çox ləng davranırdınız. Bu yorğunçuluqdan irəli gəlirdi?

Yox, sadəcə rəqib balanslı formada çıxış edirdi. Onlar yaxşı müdafiə olunurdu. Həm də gecə bizim gecəmiz deyildi. İmkanlardan istifadə edə bilmədik. 

– Və nəticəsiz geri dönürsüz…

Təəssüf ki… Bizim məqsədimiz Rusiya ilə oyunda qələbə qazanmaq idi. Ancaq şans bizdən yana deyildi. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43