Sloveniyanın “Domjale” klubuna transfer olunan Samir Məsimov yeni komandasında ilk oyununa çıxıb.
İdmanxeber.com-un məlumatına görə, “Neftçi”dən ayrılaraq “Domjale” ilə müqvailə imzalayan futbolçu Bolqarıstanın “Levski” klubu ilə yoxlama matçında 61 dəqiqə meydanda olub.
Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. “Domjale”nin yeganə qolunu isə 47-ci dəqiqədə “Bakı”nın sabiq futbolçusu Lukas Mario Horvat vurub.