Qadın voleybolçular arasında Çempionlar Liqasının 1/6 final mərhələsində növbəti oyunlar keçirilib.
İdmanxeber.com-un məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirən yeganə təmsilçimiz “Lokomotiv” 10 qat İsveçrə çempionu “Volero”nu qəbul edib.
Gərgin keçən matçda qalibi tay-brek müəyyənləşdirib. Burada isə təmsilçimiz inamlı çıxış edərək qələbə qazanıb.
Çempionlar Liqası, 1/6 final, ilk oyun
10 fevral
“Lokomotiv” (Azərbaycan) – “Volero” (İsveçrə) – 3:2 (25:21; 22:25; 25:23; 20:25; 16:14)
Hakimlər: Konstantinos Voudouris (Yunanıstan), Ralf Barnstorf (Almaniya)
Bakı, “Azərreyl” İdman Bazası