Qus Hiddink rəhbərliyi altında uğursuz bir mövsüm keçirən “Çelsi” yeni baş məşqçisini tapıb.
İdmanxeber.com-un məlumatına görə, yeni mövsümdən etibarən “zadəganlar”ı “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri çalışdıracaq. Bu barədə məlumatı Alleqrinin yaxın dostu Ciovanni Qaleone verib.
O, açıqlamasınd abunları deyib:
“Bu təklif mənə edilsəydi, gözləmədən gedib müqaviləyə qol çəkərdim. Mənə “Çelsi” ilə anlaşdığını dedi. Uzun müddətdi ki, dostuq. Onun London klubunda uğur qazanacağına inanıram. Bu təklifdən sonra Alleqrinin İtaliyada qalmasının mənası yoxdu. Çünki Roman Abromoviç rədd edilməyəcək maaş təklif etdi”.