Nikolas Kanales yenidən Azərbaycan Premyer Liqasında çıxış edə bilər.
İdmanxeber.com-un məlumatına görə, çilili forvard sabiq komandası “Neftçi”yə geri dönür. Paytaxt klubu hücumçu problemini Kanaleslə həll etmək niyyətindədi.
Qeyd edək ki, Kanales son olaraq Rusiyanın “Krılya Sovetov” klubunda çıxış edib.