“Xəzər Lənkəran”ın transferə çıxardığı futbolçusu Kamran Abdullazadə geri qaytarılıb.
İdmanxeber.com-un məlumatına görə, gənc futbolçu özünə yeni komanda tapa bilməyib və “ağ-yaşıllar”a geri dönüb. Futbolçu artıq cənub klubuna qoşulub. 20 yaşlı yarımmüdafiəçi əvəzedici heyətin məşqlərində iştirak edir. Onun əsas komandaya cəlb olunub-olunmayacağı barədə baş məşqçi Elburus Məmmədov qərar verəcək.
Transferə çıxarılan digər futbolçu Elnur Cəfərov da yenidən “Xəzər Lənkəran”a dəvət olunub. Lakin 18 yaşlı hücumçu hələ komandaya qayıtmaq barədə qərar verməyib.