Cari mövsümdə uğurlu çıxış edən PSJ baş məşqçisi Loran Blanla mövsüm sonunda bitəcək müqavilənin müddətini uzadıb.
İdmanxeber.com-un məlumatına görə, fransız mütəxəssis 2018-ci ilə qədər Paris klubuna rəhbərlik edəcək. Onun qarşısına əsas məqsəd Çempionlar Liqasının qalibi olmaqdı. Bu barədə Blanın mətbuata açıqlamasında bildirib:
“Klub rəhbərliyinin qərarı məni sevindirməyə bilməz. Onların etimadını doğrultmağa çalışacam. Qarşıma qoyulan əsas məqsəd Çempionlar Liqasının qalibi olmaqdı. Bu, çətin olsa da, mümkünsüz deyil.