“Arsenal”ın
futbolçusu Məsut Özil İngiltərə Premyer Liqasının 26-cı turu çərçivəsində baş
tutacaq “Lester”lə matç haqqında danışıb.
İdmanxeber.com-un
məlumatına görə, “topçular”ın əsas yarımmüdafiəçisi “tülkülər”i çempionluq
yolundakı ən böyük rəqibləri kimi görür:
“Çox
çətin olacaq. “Lester” əla formadadı. “Mançester Siti” ilə qarşılaşmalarını izlədik.
Hücum xətti çox uğurlu çıxış edir. Müdafiəçilərimizin işi çox çətin olacaq.
Çempion olmaq istəyiriksə, bu görüşdə mütləq qələbə qazanmalıyıq. Çünki “Lester” çempionluq yarışındakı ən böyük rəqibimizdi. İndiki vəziyyət bunu deyir”.
Qeyd
edək ki, “Arsenal” – “Lester” matçı fevralın 14-də, saat 16:00 Londonun “Emireyts”
arenasında baş tutacaq.