Uzun müddət zədədən əziyyət çəkən “Marsel”in futbolçusu Abu Diabi yenidən yaşıl meydanlara qayıtmağa yaxındır.
İdmanxeber.com-un məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi Fransa kubokunun 1/8 finalında bu gecə “Trelissak”la keçiriləcək matçın “18”liyinə daxil edilib.
Mövsümün əvvəlində “Arsenal”dan ayrılaraq “Marsel”ə transfer olunan Diabi yeni komandasının heyətində meydana çıxmayıb. Lakin o, bugünkü görüşdə oynayacağı təqdirdə 506 günlük həsrətə son qoyacaq.