Bir günlük istirahətin ardından “Kəpəz” məşqləri bərpa edib.
İdmanxeber.com-un məlumatına görə, komanda Azərbaycan Premyer Liqasının 21-ci turunda “Qarabağ”la keçiricəyi ev oyununa Bakıda hazırlaşır. Gəncə klubunda sarı vərəqə limitini dolduran Budaq Nəsirov cəzalı duruma düşdüyündən “Qarabağ”la matçı buraxacaq.
Xatırladaq ki, “Kəpəz” – “Qarabağ” matçı 14 fevral saat 15:00-da baş tutacaq.