Ukraynanın “Dnepr” klubunun sabiq hücumçusu Bayram Budaqov “Xəzər Lənkəran”ın təklifinə cavab verib.
İdmanxeber.com-un əldə etdiyi məlumata görə, 21 yaşadək futbolçulardan ibarət milli komandamızın sabiq forvardı “Xəzər Lənləran”ın təklif etdiyi şərtlərlə razılaşıb. Belə ki, cənub klubu Budaqova 1 illik müqavilə təklif edib. Lakin bu müqavilə iki yerə – 6+6 şərti ilə imzalanacaq.
6 aydan sonra məşqçilər korpusu onun oyunundan razı qalsa o zaman müqavilənin digər bölümünü də, futbolçu “ağ-yaşıllar”da keçirəcək.
Qeyd edək ki, Bayram Budaqov formad aolmadığındna bir müddət “Xəzər Lənkəran”ın əvəzedici heyətində məşq edəcək.