24 Dekabr 2024
Kateqoriyasız

“Neftçi”ni gecə saatlarında sevindirən xəbər

“Neftçi” belçikalı futbolçu Emil Mpenza ilə olan problemini yoluna qoymağı bacarıb. 

İdmanxeber.com-un məlumatına görə, forvard “Neftçi”dən alacağı olan 1 milyona yaxın borcunun hissə-hissə ödənilməsinə nail olub.

Bu barədə məlumatı “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov “facebook” hesabı vasitəsi ilə bildirib. O, Mpenzanın gecə saatlarında müqaviləyə qol çəkdiyini bildirib.

Qeyd edək ki, FİFA-nın “Neftçi”yə qoyduğu müddət ötən gün başa  çatırdı. Bakı klubu müddət bitənə qədər məbləği ödəməsəydi ciddi sanksiyalarla üz-üzə qalacaqdı. Komandanin hətta I Diviziona göndərilməsi də gündəmdə idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43