Bu gün Azərbaycan Premyer Liqasında XXI tura start veriləcək.
İdmanxeber.com-un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Tura Şüvəlanda start veriləcək. Burada AZAL "İnter"i qonaq edəcək. 2016-cı ilə yaxış başlamayan Zaur Svanadzenin komandası yeni ildə ilk qələbəsini qazanmaq üçün cna atacaq.
Günün son matçında isə əzəli rəqiblər – "Neftçi" və "Xəzər Lənkəran" üz-üzə gələcək. Əvəlki gücündə olmayan bu iki komandanın meydanda bir-birinə güzəşt getməyəcəyi öncədən məlumdu.
Azərbaycan Premyer Liqası, 21-ci tur
13 fevral (şənbə)
14:30. AZAL – “İnter” 0:0
Hakimlər: Elvin Əsgərov, Azər Əsgərov, Coşqun Həsənov, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
Bakı. "AZAL Arena".
17:00. “Neftçi” – “Xəzər Lənkəran” – 1:0
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Nail Nağıyev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Gülağa Cabarov.
Bakı. “Bakcell Arena”.