“Bakıya qələbə üçün gəlmişdik. Amma bizdə soyuqqanlılıq çatışmadı ki, qol vuraq. Son dəqiqədə buraxdığımız qol isə gözlənilməz oldu. Həqiqətən başabaş mübarizə gedirdi. Son dəqiqələrəd qol buraxıb məğlu olduğumuza görə üzüldük”.
Bu sözləri İdmanxeber.com-a açıqlamasında “Xəzər Lənkəran”ın futbolçusu İbrahim Qədirzadə deyib.
Cənub klubunun “16” nömrəsi komandanın fiziki cəhətdən çatdıra bilməməsini belə izah edib:
“Biz təlim-məşq toplantısını necə keçmişik bilirsiz. Hazır olmağımız üçün vaxt lazımdı. Biz nə “Qarabağ”dan, nə də “Neftçi”dən çəkinmirik. Sadəcə fiziki durumumuz aşağı olduğundan oyunun sonlarına yaxın yorğunluq hiss olunur”.
XL-in üzvü daha sonra “Neftçi” azarkeşlərinin onları təhqir etməsinə belə münasibət bildirib:
“İnanırsız ki, fikrim oyunda idi. Mənə ehtiyat oyunçularımız dedi ki, azarkeşlər bizi təhqir edib. Bizim azarkeşlərin stadionda olmaması “Neftçi” fanatlarına sərbəstlik vermişdi. Onlar neyləsələr bizim azarkeşlərə çata bilməzlər”.
Qeyd edək ki, “Böyük oyun”da qələbə qazanan tərəf “Neftçi” olub – 1:0.