Premyer Liqanın XXI turunda “Qəbələ” səfərindən məğlub dönən “Sumqayıt” iki ciddi itki ilə üzləşib.
İdmanxeber.com-un məlumatına görə, Samir Abasov XXII turda qarşılaşacaqları AZAL-la oyunda iki futbolçusu – Cəmil Hacıyev və Amit Quluzadənin xidmətindən məhrum olub. Sözügedən futbolçular “Qəbələ” ilə oyunda sarı vərəqə alaraq cəzalı duruma düşüblər.
Qeyd edək ki, “Sumqayıt” – AZAL matçı fevralın 20-i baş tutacaq.