“Sevilya”nın futbolçusu Xose Antonio Reyes karyerasını Çində davam etdirə bilər.
İdmanxeber.com-un məlumatına görə, bu barədə AS nəşri yazıb.
“Arsenal”ın sabiq futbolçusu ilə “Şenxay Şenxua” komandası yaxından maraqlanır. “Sevilya” tərəfi rəsmi təklif aldığını bildirib.
32 yaşlı oyunçunun yayda İspaniyanı tərk edəcəyi gözlənilir.