22 Oktyabr 2024
Kateqoriyasız

“Neftçi”nin sonuncu sınağı

Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” bu gün hazırlıq çərçivəsində sonuncu, üçüncü yoxlama oyununu keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, Vəli Qasımovun komandası  Rumıniyanın “CSMS İaşi” klubu ilə qüvvəsini sınayacaq.

Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, buna qədər Afrika klublarından seçilmiş futbolçulardan ibarət “SİBM Traning Center” komandası ilə iki dəfə qarşılaşan “Neftçi” ilk görüşdə 1:2 hesabı ilə məğlub olub, ikinci oyunda isə 3:0 hesablı qələbə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43