23 Oktyabr 2024
Kateqoriyasız

Millinin kapitanı zədələndi

Uels millisinin kapitanı Eşli Uilyams 1/4 final matçını buraxa bilər.

İdmanxeber.com-un məlumatına görə, bu barədə yığmanın baş məşqçisi Kris Koulman məlumat verib.

O, Uilyamsın Şimali İrlandiya ilə 1/8 final matçında (1:0) çiynindən zədələndiyini bildirib: 

“Uilyams çiynindən zədə alıb. Hətta əlini belə tərpədə bilmir. Mən onu əvəzləməyə hazır idim. Ancaq Uilyams oynamaq istədi. Onun meydanda olması komanda üçün önəmlidir. 1/4 finalda oynayıb-oynamayacağına qarşıdakı günlərdə aydınlıq gələcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43