22 Oktyabr 2024
Kateqoriyasız

İngiltərə çempionundan transfer hərəkatı

Kiyev “Dinamo”sunun müdafiəçisi Aleksandr Draqoviç bir sıra Avropa nəhənglərinin hədəfindədi.

İdmanxeber.com-un məlumatına görə, gənc futbolçu ilə Almaniya “Bayer”indən başqa son İngiltərə çempionu “Lester Siti” də yaxından maraqlanır.

Ukraynalılar istedadlı oyunçunu 22 milyondan aşağı qiymətə satmaq istəməsə də, “tülkülər” Draqoviçə görə yalnız 15 milyonundan keçməyə hazırdı. Avropa Çempionatından sonra futbolçunun hansı komandaya gedəcəyi məlum olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43