22 Oktyabr 2024
Kateqoriyasız

Prosineçki Portuqaliya məğlubiyyəti haqda – “Şok nəticə olmadı”

“Xorvatiyanın “Avro-2016″da mübarizəni dayandırması məni çox məyus etdi. Portuqaliyaya məğlubiyyət bizim üçün şok nəticə olmadı. Çünki 1/8 finalda güclü rəqiblə qarşılaşacağımızı bilirdik. Portuqaliya qrup mərhələsini üçüncü pillədə başa vursa da, keyfiyyət və fərdi göstəricilər baxımından böyük komandadır”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Azərbaycan millisinin xorvatiyalı baş məşqçisi Robert Prosineçki ölkəsinin mətbuatına açıqlamasında deyib.

Xorvatiya millisinin “Avro-2016″dakı çıxışı haqda danışan Prosineçki Portuqaliyaya məğlubiyyətin onlar üçün şok olmadığını bildirib:

“Çox yaxşı başlamışdıq. Təssüf edirəm. Amma onu da qeyd edim ki, rəqibin heyətində bir zərbə ilə matçın taleyini həll edə biləcək futbolçular çoxdur. Elə oyunun taleyini də Ronaldo və Quarejma kimi usta futbolçular həll etdi. Bizim artıq qol buraxdıqdan sonra geridönüş etmək üçün vaxtımız qalmadı. Bununla belə, Xorvatiya Fransada yaxşı oyun sərgilədi və neytral azarkeşlərin də rəğbətini qazandı. Təbii ki, bu futbolçular daha artığına layiq idilər. Ancaq bu dəfə alınmadı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43