22 Oktyabr 2024
Kateqoriyasız

Millimiz Rusiya klubunu darmadağın etdi

Rusiyanın Rostov şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. 

İdmanxeber.com-un məlumatına görə, Rostov OİK-nin U-19 komandası ilə qarşılaşan yığmamız 5:0 hesabı ilə qələbə qazanıb.

Komandamızın heyətinə qolları Kamran Quliyev, Xəqani Sadıxov, Fərid Mahmudov, Timur Babayev və Ərşad Xankişyev vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43