22 Oktyabr 2024
Kateqoriyasız

Messidən ŞOK açıqlama – “Millidə oynamaq mənlik deyil”

Argentina millisinin və “Barselona”nın futbolçusu Lionel Messi milli komandadakı karyerasını başa vurub.

İdmanxeber.com-un məlumatına görə, 29 yaşlı hücumçu Amerika kubokunun finalında Çiliyə uduzduqları oyundan sonra bu addımı atıb.

Kapitan fikrini belə izah edib: 

“Qərarımı çoxdan vermişəm. Bu oyun çox önəmli idi. Üçüncü dəfədir ki, finalda uduzuruq. Çox çalışırıq, amma alınmır. Bu, millidə son oyunum idi. Milli komandada oynamaq daha mənlik deyil”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43