23 Oktyabr 2024
Kateqoriyasız

“Daçiya”nın kapitanı: “Kəpəz” daha şanslıdır”

"Məncə, kifayət qədər çətin olacaq. Birincisi biz səfərdə oynayacağıq. İkincisi rəqibimiz yaxşı komandadır. Düzdür, eşitmişəm ki, bizi favorit hesab edirlər. Ancaq bu, düzgün deyil. Bunu deyənlər yanılırlar. “Kəpəz” yetərincə güclü komandadır. Üstəlik, onların minlərlə çılğın azarkeşi var ki, ən çətin anlarda komandaya kömək edirlər"

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Kəpəz”in Avropa Liqasının I təsnifat mərhələsində rəqibi olan “Daçiya”nın kapitanı Semyon Bulqaru klubun rəsmi saytına müsahibəsi zamanı deyib.

31 yaşlı müdafiəçi “Kəpəz”lə görüş barədə sualları cavablandıırıb:

"Biz bura sərfəli nəticə üçün gəlmişik. Sərfəli nəticə isə qələbədir. Cavab matçını da düşünməliyik. İki oyunun nəticəsinə görə mərhələni keçməyə çalışırıq. Biz ancaq rəqibimizin oyunlarının videosuna baxmışıq. Bildiyiniz kimi, rəqiblə üz-üzə gələndə onun gücünü daha yaxşı bilirsən. Düşünürəm ki, şanslar 55-in 45-ə onların tərəfindədir. Çünki oyun rəqib meydançasında olacaq"


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43