23 Oktyabr 2024
Kateqoriyasız

“Kəpəz” sülh bağladı (YENİLƏNİB)

Bu gün Avropa Liqasında 2016-2017 mövsümünə start veriləcək.

İdmanxeber.com-un məlumatına görə, ölkəmizi bu turnirdə təmsil edən "Kəpəz" klubu da ilk matçına çıxacaq.

Gəncə təmsilçisi I təsnifat mərhələsi çərçivəsində Moldovanın "Daçiya" klubu ilə qarşılaşacaq.

“Dalğa Arena”da keçiriləcək  görüş saat 20:00-da başlayacaq.

Qeyd edək ki, 16 ildir qitəmiqyaslı turnirlərə qatılmayan Gəncə klubu sonuncu dəfə 2000-ci ildə  UEFA Kubokunda  iştirak edib.

28 iyun

Avropa Liqası

I təsnifat mərhələsinin ilk oyunu

20:00. “Kəpəz” (Azərbaycan) – “Daçiya” (Moldova) – 0:0

Hakimlər: Aleksander Qauzer, Sergey Vassyutin, Alibek Aubakirov, Daniyar Sakhi (hamısı Qazaxıstan)

Bakı, “Dalğa Arena”

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43