23 Oktyabr 2024
Kateqoriyasız

Argentina yığmasının baş məşqçisi millidən getməyəcək

Argentina yığmasının baş məşqçisi Xerardo Martino milli komandanı tərk etməyəcək.

İdmanxeber.com-un məlumatına görə, bu barədə Argentina KİV-ləri yazıb.

Amerika Kuboku finalında ikinci dəfə Çiliyə uduzan Argentina millisində bir sıra dəyişikliklər gözlənilirdi. Komandanın bir neçə əsas siması millidə oynamaqdan imtina etdi. Bunlardan sonra məqşçi Xerardo Martinonun millidə qalıb qalmayacağı maraqla gözlənilirdi

Lakin məşqçilər korpusunun açıqlamasında məlum oldu ki, Martino postunda qalacaq. Komanda gələn həftənin birinci günündən məşqlərə başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43