Bu gün yeni mövsüm üçün Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək.
İdmanxeber.com-un məlumatına görə, təmsilçimiz “Kəpəz”in Moldova “Daçiya”sı ilə yanaşı, bu gün daha 3 qarşılaşma keçiriləcək.
Albaniyanın “Partizani” klubu evdə “Slovan”nı (Slovakiya), “Rabotniçki” isə Makedoniyada “Buduçnost”u (Monteneqro) qəbul edəcək. Lüksemburqun “Jenesse Eş” klubu İrlandiyada “Sent-Patriks”lə münasibətlərinə aydınlıq gətirəcək.
28 iyun
Avropa Liqası, I təsnifat mərhələsinin ilk oyunları
20:00. “Partizani” (Albaniya) – “Slovan” (Slovakiya)
20:00. “Rabotniçki” (Makedoniya) – “Buduçnost” (Monteneqro)
22:45. “Sent-Patriks” (İrlandiya) – “Jenesse Eş” (Lüksemburq)