Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ”nin yeni transferi Baqali Dabonun xidmətindən istifadə edib-etməyəcəyinə aydınlıq gəlib.
İdmanxeber.com-un məlumatına görə, baş məşqçi Roman Qriqorçuk “Samtredia” ilə görüşlərdə fransalı hücumçunun xidmətindən yararlana biləcək.
“Qırmızı-qaralar” bu gün Dabonun adını UEFA-ya təqdim etdikləri iştirak ərizəsinə salacaqlar. Artıq futbolçunun adı qitənin ali futbol qurumuna göndərilib. Məsələ gün ərzində həll olunacaq. “Qəbələ”nin UEFA-ya göndərdiyi A vərəqində 16 futbolçunun adı yer almışdı.