“Qarabağ”la oyun mənim üçün böyük maraq kəsb edirdi. Bu komandanın necə oynadığını görmək istəyirdim. “Qarabağ” çox xoşuma gəldi. Topa yaxşı nəzarət edirdilər və onların heyətində fərdi olaraq güclü futbolçular var”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Zenit”in Azərbaycan əsilli futbolçusu Ramil Şeydayev “Qarabağ”a uduzduqları yoxlama oyunundan (0:1) sonra klubun televiziyasına açıqlamasında deyib.
Rusiya millisində oynamağı seçən azərbaycanlı futbolçu “Qarabağ”ın oyunlarını izlədiyini bildirib:
“Qarabağ” hər zaman avrokuboklarda oynayırlar. Ötən mövsüm də onların Avropa Liqasındakı bəzi oyunlarını izlədim”.