23 Oktyabr 2024
Kateqoriyasız

“Kəpəz” əks hücumları daha yaxşı bacarır” – “Daçiya”nın futbolçusu

“Daçiya”nın yarımmüdafiəçisi Denis Kojanov “Kəpəz”lə keçirdiklrəi (0:0) matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
 
– “Kəpəz” artıq 16 ildir ki, Avroliqada mübarizə aparmır. Rəqibinizdən belə oyun gözləyirdiniz?
– Əlbəttə, gözləyirdik ki, çətin oyun olacaq. “Kəpəz” əks hücumları daha yaxşı bacarır. Çətin oyun oldu.
 
– Oyundan öncə deyilirdi ki, klub prezidenti və bəzi oyunçular oyuna ciddi yanışmırlar.
– Biz hər oyuna ciddi yanaşırq və qələbə qazanmaq istəyirik. “Kəpəz” bizim üçün yaxşı rəqibdir. Avroliqada zəif rəqib olmur.
 
– Komandaya baş məşqçiliyi klub prezidenti niyə edirdi? Sizə məşqləri də o keçir?
– Məşqlərimizdə də iştirak edib. Öz məşqçimiz də təcrübəlidir.
 
– “Kəpəz”in xeyli qol epizodları oldu. Bəxtiniz gətirdi?
– Komanda öz meydanında oynayır və daha çox qol epizodunun olmağı normaldı. Ancaq şans bizim tərəfimizdə idi. Razılaşıram.
 
– Birinci hissədəzəif çıxış etdiniz…
– İlk hissədə oyunumuz yaxşı alınmadı. 2-ci hissədə isə rahat oynadıq.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43