22 Oktyabr 2024
Kateqoriyasız

Almaniya ilə oyun öncəsi İtaliyada ŞOK itkilər

“Avro-2016”nın 1/4 finalında Almaniya ilə qarşılaşacaq İtaliya millisi oyuna ciddi itkilərlə çıxacaq.

İdmanxeber.comın məlumatına görə, İspaniya ilə oyunda zədələnən komandanın aparıcı üzvü Daniele de Rossi məşqlərdə iştirak edə bilmir. Onun növbəti oyunu buraxacağı dəqiqləşib.

Zədə səbəbindən İspaniya ilə oyunu buraxan Antonio Kandrevanın durumu isə daha pisdir. Onun ən azı 10 gün meydana çıxa bilməyəcəyi məlum olub. Rəqib komandanın düşərgəsində isə hələlik heç bir itki yoxdur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43