“Fənərbaxça” daha bir futbolçusu ilə yollarını ayıra bilər.
İdmanxeber.com–un məlumatına görə, İstanbul təmsilçisi komandanın hücumçusu Robin van Persini satmağa razılıq verib.
Bu barədə açıqlama verən klubun prezidenti Əziz Yıldırım hollandiyalı futbolçunun transferi üçün təklif gözlədiklərini bildirib: “Biz van Persi üçün təklif gözləyirik. Əgər istəsə, “Fənərbaxça”dan gedə bilər”.