23 Oktyabr 2024
Kateqoriyasız

“Qarabağ” günü bir məşqlə başa vurdu

“Qarabağ” Avstriyada təlim-məşq toplanışını davam etdirir. 

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, hazırlığın 13-cü günündə komanda bir məşqlə kifayətlənib.

Axşam saatlarında baş tutan məşqdə futbolçular daha çox bərpaedici hərəkətlərə üstünlük verilib. Çalışma təxminən 90 dəqiqə davam edib. Zədəli  Namiq Ələsgərov fiziyoterapevt nəzarəti altında çalışmasını davam etdirdiyi halda, digər bütün futbolçular komandayla məşq edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43